Sayt Necə işləyir

Sayt Necə işləyir

BAKURENTALL.AZ platforması avtomobil icarələmək istəyən müştərilərin axtardıqları nəqliyyat vasitəsini ən qısa zamanda və rahatlıqla tapmalarını təmin edən onlayn informasiya xidmətidir.

BAKURENTALL.AZ Avto İcarə xidmətinin keyfiyyətinin, şəffaflığının və təhlükəsizliyinin artırılması məqsədilə REYTİNQ əsaslı sistemlə işləyir. Reytinqi yüksək olan müştərilər platforma daxilində daha geniş seçim imkanlarına, xüsusi təkliflərə və vaxtaşırı elan olunan KAMPANİYALARA çıxış əldə edirlər. Eyni zamanda, reytinqi yüksək olan avtomobillər və ofislər axtarış nəticələrində ön sıralarda yer alaraq daha çox müştəriyə əlçatan olurlar.

BAKURENTALL.AZ xidmətlərindən tam yararlanmaq üçün qeydiyyatdan keçmək və şəxsi kabinetdəki məlumatları (fərdi məlumatların qorunması standartlarına uyğun olaraq) tam və düzgün doldurmaq vacibdir. Məlumatlarını tam təsdiqləmiş müştərilər sistem tərəfindən "Etibarlı Müştəri" statusu alır və xidmətlərdən dərhal istifadəyə başlaya bilərlər.

Reytinq göstəriciləri, Avto İcarə ofislərinin müştərilər barədə və ya müştərilərin istifadə etdikləri xidmətlər barədə daxil etdikləri qarşılıqlı rəylər əsasında, sistem tərəfindən tam avtomatik və obyektiv şəkildə müəyyən edilir.

Avtomobil Tapın

Xidmətlərimiz

Göstərilən Xidmətlər

*bakurentall.az onlayn informasiya platformasıdır. Göstərilən bütün xidmətlər platformada qeydiyyatdan keçmiş tərəfdaş şirkətlər tərəfindən müstəqil şəkildə təklif olunur.

Toy-Nişan

Xüsusi günləriniz üçün premium və lüks sinif avtomobillərin icarəsi.

Transfer

Şəhərdaxili və şəhərlərarası ünvanlara peşəkar sürücü ilə VIP transfer xidməti.

Hava limanı transferi

Qonaqların qarşılanması və VİP avtomobillərlə mənzil başına çatdırılması.

Şəhər turları

Geniş tutumlu nəqliyyat vasitələri ilə fərdi və qrup şəklində ekskursiyalar.